| FazBrowse GitHub Viewer | Trending | | Home |
| Tools: [Download Repo ZIP] [Original HTTPS Page] |
| Name | Name | Last commit date | ||
|---|---|---|---|---|
21 İstifadəçidən bir string alın məsələn "Süleymanlı" bunu while ilə 10 dəfə Ekrana yazdırın.
22 [3, 2, 4, 1] şəklində bir list verilib. Bu listin sıralanmış variantını print etdirin.
23 Bir ədəd daxil edin və rəqəmlərinin sayını print etdirin.
24 3 ədəd daxil edin ortancılı print etsin.
25 Bir list var içində şəhərlər, ona yeni şəhərlər əlavə edin.
26 Sonra hər hansi şəhərin indeksini tapın və həmin indeksin təkmi cütmü olduğunu ekrana verin.
27 Vurma cədvəlini ekrana yazdıran Python kodu yazın.
28 Yaşı daxil edilən vətəndaşın sürücülük vəsiqəsinə yaşı çatıb-çatmadığını ekrana yazdıran kod yazın.
29 Tərəfləri daxil edilmiş üçbucağın növü müəyyənləşdirilməlidir.
30 Tək sətirdə 3 ədəd daxil edilir və ən böyük və ən kiçiyin hesablanması üçün köməkçi funksyalardan istifadə etməklə min( max(x, y), max(y, z), x+y+z)-i müəyyənləşdirin. Nətcə vergüldən sonra 2 rəqəm dəqiqliklə ekrana yazdırılsın.
31 Ayın nömrəsi daxil edilir və ilin fəsli ekrana yazdırılır.
32 n ədədi daxil edilir və ən böyük rəqəmini ekrana yazdırın.
33 Daxil edilən n ədədinin bütün müsbət bölənlərini print etdirin.
34 Daxil edilən n ədədin mükəmməl olub olmadığını print edin. Ədənin özü xaric müsbət bölənlərinin cəmi özünə bərabərdirsə belə ədədə mükəmməl ədəd deyilir. Məsələn, 1,2 və 3 6-nin bölənləridir cəmləri də 6-ya bərabərdir.
35 Bir list yaradın və 1dən 100-ə qədər olan ədədlərdən tək olanları bu listə yazın və sonda listi print etdirin
36 1-dən 100-ə qədər olan ədədləri 100-dən 1-ə şəklində print etdirin.
37 Əlinizdə ölkə adlarının olduğu ölkə listi var. Yeni bir list yaradın və ölkə listində olan ölkələri yaratdığınız yeni listə yazın. Lakin ölkənin uzunluğu 5-dən böyükdürsə olduğu kimi yazın, əks halda, yerinə * yazın. country=["Turkey","Azerbaijan","Cuba","America","Italy","France","Chad","England"]
38 arr = [1.4,3.7,4.8,6.3,99.9] verilmiş bu list-dən 4.8-i necə silə bilərik?
39 s=’budama’ sözündə “a” hərflərinin sayını print etdirin. Bunu həm hazır metod ilə həm də alqoritm yazaraq edin.
40 0-dan 100-ə qədər cüt ədədləri toplayın amma bunu while ilə edin.
41 Daxilən edilən viza (30%), fərdi fəaliyyət(20%) və final(50%) balına görə tələbənin dərsi keçib-keçmədiyini print etdirin
42 Əmək haqqı və artım faizi daxil edilən işçinin yeni əmək haqqını hesablayın.
43 Hər hansı bir simvolun müəyyən bir stringin içində olub-olmadığını yoxlayın.
44 N natural ədədi verilmişdir. Həmin ədəddə tək rəqəmlərin sayını tapın. (0 tək ədəd sayılmır)
45 İlk 100 ədədin kvadratları cəmi ilə cəmlərinin kvadratı fərqini print etdirin.
46 Bir list formasında çalışanların əmək haqqları verilir. Əmək haqqı 3000-dən çox olan işçilərin əmək haqqını 10%, 3000-dən az olan işçilərin əmək haqqını 20 faiz artıran python proqramı yazın.
47 İstifadəçi bir ədəd daxil etsin bu bu ədəddən 1-ə qədər olan ədədlərin cəmini tapan rekursiv funksiya yazın.
| Back | FazBrowse Home | New Git URL |